Ana səhifə
17 Noyabr 2018

Məmurun bacısı bıçaqlandı - Bakıda

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdirinin bacısı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Ucnoqta.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə bıçaqlanan şəxsin yaxın qohumları məlumat veriblər. 


Belə ki, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümovanın bacısı Təzəgül Möhsümova vətəndaş nikahında olduğu Xanlar adlı şəxs tərəfindən bıçaqlanıb.


Mənbə qeyd edir ki, T.Möhsümovaya 5 bıçaq zərbəsi dəyib. Hadisə ailə münaqişəsi zəminində baş verib. 
Hadisədən sonra ağır yaralı olan T.Möhsümova 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Mənbə qeyd edir ki, həkimlərin verdiyi məlumata görə, ağır yaralı vəziyyətdə gətirilən xəstənin durumu nisbətən normallaşıb. 


Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində hadisə ilə əlaqədar araşdırma aparılır. 


Qeyd edək ki, T.Möhsümova onu bıçaqlayan Xanlar adlı şəxslə 8 ildir vətəndaş nikahında yaşayır. Övladları yoxdur. 

 

Tarix
9 Oktyabr 2014 [15:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin