Ana səhifə
12 Dekabr 2018

Xalq artisti işdən çıxdı

“Mən yaxşıyam səhhətim də əladır”. "Ucnoqta.az" xəbər verir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli deyib. Xalq artisti özünü yaxşı hiss etsə də, işə çıxmaqdan imtina etdiyini bildirib: “Müalicəm ev şəraitində davam edir. Özümü yaxşı hiss etsəm də, işləmirəm. Yaşla əlaqədar təqaüdə çıxmışam”. 
 

 

Ramiz Əzizbəylinin yaşla əlaqədar təqaüdə göndərilməsinə Mədəniyyət və İncəsənət Universitetindən münasibət öyrəndik. Universitetin mühasibatlığından bildirdilər ki, xalq artisti təqaüdə çıxmaq üçün özü müraciət edib: “Ramiz müəllim bizim universitetdə kafedra müdiridir. O, uzun zaman xəstəliyi ilə əlaqədar bülletendə idi. Yaşla əlaqədar təqaüdə çoxdan çıxıb. O, rektorla görüşüb və bildirib ki, onu kafedra müdiri vəzifəsindən azad etsin. Rektor isə onu kafedra müdirliyindən çıxarsa da, işində saxlamaq istədiyini açıqlayıb. Amma Ramiz müəllim özü işləmək istəmir. Deyir ki, mən əlilliyə görə təqaüdə çıxmaq istəyirəm. Hazırda Ramiz müəllim bizə onun üçün müraciət edib. Amma hələ bu barədə qərar çıxmayıb”. 

 

Qeyd edək ki, R. Əzizbəyli bu ilin fevral ayının 9-da avtomobil qəzası keçirib. Həmin qəzadan sonra aktyor yerimə qabiliyyətini itirmişdi. 

 

Tarix
25 Sentyabr 2014 [15:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin