Ana səhifə
21 İyun 2018

Seçicilər sayı açıqlanıb

Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb 
“Bu seçkilər xalqın səsinin sərbəst ifadə edilməsinə tam şərait yaradır” 


Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb. Bunu MSK-nın sədr müavini Natiq Məmmədov bildirib. Onun sözlərinə görə, hər bir seçicinin səsi azad ifadə olunmalıdır: “Bu prosesin həyata keçrilməsi üçün kifayət qədər imkanlar, o cümlədən qanunvericilik bazası var və dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədə seçki komissiyalarının maddi-texniki şəraiti var və dünya ölkələri ilə müqayisə etsək görərik ki, Azərbaycan ön sıralarda dayanır”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə qeyd edib ki, Avropa Məhkəməsi də etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanuvericiliyi demokratiyaya xidmət edir. "Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi həm də seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. “Avropa Konvensiyasının bir saylı Protokolunda qanunverici orqana seçkilərlə bağlı öhdəlik əksini tapıb. Bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər”. Ç. Əsgərov deyib ki, bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu məsələlərə baxır: “Ancaq Avropa Məhəkməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır” Onun sözlərinə görə, Azərbaycanda seçkilərin idarəçiliyinin peşəkarlıq səviyyəsi yüksək olaraq qalıb və bu da ona gətirib çıxarıb ki, seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb. Çingiz Əsgərov bildirib ki,  Azərbaycanda seçkilərin demokratik keçirilməsinə heç kimin şübhəsi olmamalıdır: “Bu seçkilər xalqın səsinin sərbəst ifadə edilməsinə tam şərait yaradır”. Çingiz Əsgərov deyib ki, Azərbaycanın seçki qanunvericiliyi Avropa Şurasının standartlarına tam cavab verir: "Avropa ölkələri ilə müqayisə etdikdə görmək olar ki, Azərbaycanda seçkilərlə bağlı müraciətlər texniki xarakter daşıyır, qanunvericilik səviyyəsində ciddi pozuntular aşkar olunmur . Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanuvericiliyi demokratiyaya xidmət edir". Göründüyü kimi Avropa Məhkəməsi də Azərbaycanda keçirilən seçkiləri  yüksək qiymətləndirir və demokratiyaya xidmət etdiyini bildirir

Baş prokurorun birinci müavini Rüstəm Usubov da Azərbaycanda keçirilən seçkilərin beynəlxalq satdartlara cavab verdiyini vurğulayıb:"Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem yaradılıb və şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün bütün zəruri əsaslar mövcuddur". R.Usubovun sözlərinə görə, Azərbaycanda ictimai siyasi sabitlik və demokratik seçki qanunvericiliyi tam əminliklə deməyə əsas verir ki, qarşıdakı prezident seçkiləri də əvvəlki seçkilər kimi xalqın aktiv iştirakı və qanun çərçivəsində keçiriləcək. Baş prokurorun müavini bildirib ki, xalqımızın iradəsinin təmin olunmasında prokurorluq orqanlarının da vəzifələri var. O qeyd edib ki, prokurorluq orqanları seçkilərlə bağlı müraciət və şikayətləri araşdırır, müraciətlərə verilən izahlarda yaxından iştirak edir.R.Usubov vurğulayıb ki, Azərbaycanda əvvəlki seçkilərdə ciddi qanun pozuntusuna yol verilməsi ilə bağı prokurorluq oqranlarına müraciət daxil olmayıb: "Seçki proseslərinə maneçilik törədənlər barəsində müvafiq qaydada tədbirlər görüləcək". Baş prokurorun müavininin sözlərinə görə, indiyə qədər keçirilən seçkilərdə müraciət və şikayətlər daha çox bələdiyyə seçkiləri ilə bağlı olub ki, bu da seçkilərin kütləvi xarakter daşıması ilə bağlıdır: "2008-ci ildə prezident seçkiləri ilə bağlı müraciət daxil olmayıb. 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı prokurorluq orqanlarına cəmi 6 müraciət daxil olub ki, onların da araşdırılması zamanı qanun pozuntusuna yol verilməsi aşkar edilməyib. Azərbaycanda 2016-cı ildə keçirilən referendumla bağlı da prokurorluq orqanlarına şikayət və müraciətlər daxil olmayıb. 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı bir sıra şikayətlər daxil olub və araşdırılaraq müvafiq tədbirlər görülüb". R.Usubov qarşıdan gələn prezident seçkilərinin azad, demokratik və heç bir qanun pozuntusuna yol verilmədən keçiriləcəyinə inandığını bildirib: “Gəlin vicdanla, şəffaf şəkildə bu tədbiri həyata keçirək və heç bir qanun pozuntusuna yol verməyək”.

Artıq Azərbaycanda seçicilərin sayı məlum olub. Mərkəzi Seçki Komissiyasında (MSK) komissiya üzvləri və KİV nümayəndələri ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib olunmuş variantı ilə tanış olublar. Bildirilib ki, seçici siyahıları seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən mühüm amillərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, 2018-ci il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Mərkəzi Seçki Komissiyasının bilavasitə rəhbərliyi altında ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli proses nəticəsində son illərdə olduğu kimi, cari il üçün də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub. Dəqiqləşdirməyə ölkə üzrə bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və bütün proses boyunca həm Daxili İşlər Nazirliyi, həm Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilib.

Siyahıların dəqiqləşdirilməsi zamanı MSK-nın 115 nömrəli qaynar xətti və internet səhifəsindəki on-line müraciət imkanı mütəmadi şəkildə seçicilərin ixtiyarında olub və görülən işlərin səmərəliliyinin daha da artırılmasında əhəmiyyətli rol oynayıb. Dəqiqləşdirmə prosesinin bütünlüklə effektiv həyata keçirilməsinə və siyahıların yüksək standartlara uyğun tərtib və çap olunmasına heç şübhəsiz ki, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi və texniki imkanları daha da təkmilləşdirilmiş xüsusi proqram təminatları çox mühüm töhfə verib.

Mərkəzi Seçki Komissiyasının üzvləri kütləvi informasiya vasitələrinin də iştirakı ilə fevralın 28-də Komissiyanın inzibati binasında vahid seçicilər siyahısının 2018-ci il üzrə yenidən tərfib edilmiş variantı ilə yaxından tanış olublar. Media təmsilçiləri tərəfindən geniş işıqlandırılan tədbirdə qeyd olunub ki, vahid seçici siyahılarının yenidən tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsində fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan peşəkarlıqla istifadə olunub. Yüksək texnoloji və interaktiv mübadilə seçici siyahılarının dəqiqləşdirilməsi və ümumiləşdirilməsi proseslərini daha da sürətləndirib, seçicilər barədə məlumatların ətraflı toplanması, bütün daxil edilənlərin orfoqrafik və qrammatik testdən keçirilməsi, təkrar və oxşar seçici məlumatlarının hərtərəfli təhlil edilməsi, habelə seçici siyahılarının keyfiyyətlə hazırlanması və çap edilməsini təmin edib. 
MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, vahid seçici siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib: "Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var ". O qeyd edib ki, bu, ötən ilə olan rəqəmdən 0.6 faiz (28 min 726) artıqdır. N.Məmmədov deyib ki, seçicilərin dəqiqləşdirilmiş say martın 3-də bilinəcək. MSK sədrinin müavini bildirib ki, ölkədə 5 min 426 daimi seçki məntəqəsi var

 

Tarix
1 Mart 2018 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin