Millimiz mövqeyini qorudu

14:12 - 1 Mart 2018 - İDMAN

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hesabında 1440 xal olan Azərbaycan yığması əvvəlki kimi 10-cu pillədə qərarlaşıb.

 
Siyahıya Braziliya millisi (1935) başçılıq edir. “Sambaçılar”ı İspaniya (1807) və Rusiya (1700) yığmaları izləyir. Son Avropa çempionu Portuqaliya millisi isə 1692 xalla 4-cü sırada yer alıb.

Xəbər xətti