Ana səhifə
22 Sentyabr 2018

Seçkilərdən sonra prezidentlər görüşəcək?

Martın 2-də Ermənistanda prezident seçkiləri start götürəcək. Budəfəki seçkilərin özəlliyi ondan ibarətdir ki, ölkədə əsas icraedici funksiya prezidentdən baş nazirə keçəcək.

Prezidentliyə namizədlər isə yaşı 40-ı keçmiş, son 6 ili daim Ermənistanda yaşayan namizədlərin qatılacağı seçkidə mübarizə aparacaq. Prezidenti parlament seçəcək. Yalnız 1 müddətdə (7 illik) seçkilən prezident ölkədə mərasim funksiyası yerinə yetirəcək.

Azərbaycanda isə dövlət başçısı Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar prezident seçkiləri elan edilsin. Seçicilər aprelin 11-də növbədənkənar prezident seçkilərinə gedəcəklər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfərini şərh edərkən bildirmişdi ki,  Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqların davam etdirilməsi ilə əlaqəli razılıq əldə olunub.

“İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. ", - deyə o vurğulayıb.
 

Bu arada ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Dağlıq Qarabağda yeni müharibənin başlaya biləcəyindən narahatlığını ifadə edib. Keçmiş diplomat Ermənistan mətbuatına açıqlamasında deyib:

 
“Biz Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların başlaya biləcəyi təhlükəli dövrdə yaşayırıq. Azərbaycan, Ermənistanda və Rusiyada seçki dövrü başa çatdırdan sonra Qarabağ münaqişəsini həll etmək üçün yeni imkanlar açılacaq ya da əksinə, hərbi əməliyyatlar başlayacaq”


Bəs mart seçkilərindən sonra Ermənistan və Azərbaycan prezidentlərinin görüşü gözlənilə bilərmi?  

"Ucnoqta.az" xəbər verir ki, bununla bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az saytına açıqlama verib. O bildirib ki, hər iki ölkədəki seçkilərdən sonra əsas məsələ real danışıqların olub-olmamasıdır:

“Yadınızdadırsa,  Kütləvi İnformasiya Vasitələrində müəyyən şərhlər yayılımışdı. Söhbət mərhələli şəkildə icra edilən “kiçik paketlər” adlanan ideyadan gedir. Həmin zaman da qeyd etmişdim ki, məlumatsız adamda belə təəssürat yaranır ki, həmsədrlər nəsə yeni şeylər hazırlayırlar. Lakin "kiçik paketlər" ideyası çoxdan meydana çıxıb və bunun müəllifi ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı nümayəndəsi Vladimir Kazimirovdur. Xülasə, fikrimcə, ortada ciddi bir danışıqlar yoxdur. O cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri də real təklif irəli sürmürlər. Azərbaycan tərəfi də görüşlərin tərəfdarı deyil”.
 

T.Zülfüqarov qeyd edib ki, danışıqlar istiqamətində pessimist əhval-ruhiyyə yaradan başqa amil də var:
 

“Bu da Ermənistanın radikal bəyanatlarıdır. Onların günü-gündən güclənən açıqlamalarını müşahidə  edirik.  Yəni düşmən  kompromislərə getməyə hazır deyil. Açıq-aşkar məsələni elə qoyurlar ki, Dağlıq  Qarabağ və onun ətrafında işğal olunmuş əraziləri birbaşa Ermənistana anneksiya  etsinlər. Ermənistanın belə mövqeyindən sonra təbii ki, Azərbaycan da bunun üzərində danışıqlar apara bilməz.  Seçkilərdən sonra prezidentləri görüşü ola bilər, amma onun faydalı, səmərəli olması gözlənilmir”.

Tarix
1 Mart 2018 [13:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin