Sabahın havası -bəzi yerlərdə yağış yağacaq

13:06 - 1 Mart 2018 - ÖLKƏ İÇİ

 Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. 

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, gündüz qərb rayonlarından başlayaraq yağışın tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacağı gözlənilir.

Xəbər xətti