Hollivudun məşhur ulduzları eyni filmdə rol alacaqlar

01:29 - 2 Mart 2018 - DÜNYA

Hollivudun məşhur ulduzları Bred Pit və Leonardo Di Kaprio Quentin Tarantinonun yeni filmində baş rolları ifa edəcəklər.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, “Once Upon a Time in Hollywood” (Bir zamanlar Hollivudda) adlanan filmdə Bred Pitt aktyor, Leonarda Di Kaprio isə onun dublyoru rolunu ifa edəcək.

Filmdə hadisələr 1969-cu ildə Los-Eynclesdə, Hollivudda hippi stilinin pik vaxtlarında baş verir. Ekran işinin təqdimatı 2019-cu il avqustun 9-da baş tutacaq.

Xəbər xətti