Ana səhifə
22 Noyabr 2018

“Peşmanam” – Həcər Əliyeva

Azərbaycanın və Dağıstanın xalq artisti, bəstəkar Elza İbrahimovanın sonuncu bəstələrindən olan mahnını müğənni Həcər Əliyeva ifa edib. O, mahnıya klip də çəkdirib.

 

Bu barədə Ucnoqta.az-a danışan müğənni Həcər Əliyeva bildirib ki, sözləri Vahid Əzizə, musiqisi Elza İbrahimovaya məxsus olan “Peşmanam” mahnısına çəkdirdiyi klip izləyənlərin böyük marağına səbəb olacaq:

“Klipdə bir çox hadisələr baş verib. Klipin baş qəhrəmanı izləyənlərin böyük marağına səbəb olacaq. Həmin simanı gizli saxlayırıq.

Klipin təqdimatı dekabrın 2-də Bakıda dəbdəbəli restoranların birində keçiriləcək. Təqdimat mərasiminə dəvət olunacaq KİV, mədəniyyət və incəsənət nümayəndələrinin qarşısında həmin qəhrəmanın kimliyinə və bir çox suallara aydınlıq gətiriləcək.”

Tədbirin təşkilatçısı müğənninin prodüseri Humay Muxtarova da kliplə bağlı fikirlərini qeyd edib. O, ümid edir ki, klip gündəmi zəbt edəcək və daha çox yaddaşlarda qalacaq.

Tarix
1 Dekabr 2014 [18:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin