Ana səhifə
26 Sentyabr 2018

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada səfərdədir

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək.
 
"Ucnoqta.az" MN-dən APA-ya verilən məlumata istinadən bildirir ki, tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, eləcə də müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.
 
Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və  “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları  planlaşdırılır.
 
Azərbaycan, Belarus, Qazaxıstan, İran, Çin və Rusiya ərazisində təşkil olunacaq 27 beynəlxalq müsabiqədən ibarət “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının cari ilin iyulun 28-dən avqustun 11-dək keçirilməsi nəzərdə tutulub.

Tarix
1 Mart 2018 [11:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin