Fransada məmurlar “bomj”lara dəstək üçün küçədə yatdılar - Fotolar

10:59 - 1 Mart 2018 - DÜNYA

Fransalı məmurlar soyuq havalarda küçələrdə yatan evsizlərə diqqət çəkmək üçün maraqlı addım atıblar.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fransanın paytaxt regionunun bir neçə məmuru ölkədə hakim olan soyuq hava şəraiti ilə əlaqədar küçələrdə donan evsizlərin probleminə diqqət yönəltmək üçün gecəni açıq hava altında keçiriblər. Aksiyanın təşəbbüskarı Etamp komunnası merinin müavini, “Respublikaçılar” partiyasının nümayəndəsi Mama Sidir. 
 

O, öz çağırışını feysbuk səhifəsindən edib və aksiya xəbəri qısa müddətdə geniş yayılıb. 
 

Aksiya təşkilatçılarının hesablamalarına görə, Paris küçələrində təxminən 5 min evsiz yaşayır. Onların bir qismi sığınacaqlara yerləşdirilsələr də, təxminən 3 mini küçələrdə yaşamağa davam edir. 
 

Küçə insanlarının problemi ilə bağlı məsələ ölkədə hakim olan soyuq hava şəraiti ilə bağlı daha kəskin şəkil alıb. Ölkənin bir sıra regionlarında havanın temperaturu ilin bu fəsli üçün normadan bir neçə dərəcə aşağı düşüb. Bəzi şəhərlərdə isə uzun illərdən sonra ilk dəfə qar yağıb. 
 

Son məlumata görə, Fransada son bir neçə gündə küçədə yaşayan azı 4 nəfər soyuqdan donaraq ölüb.


Xəbər xətti