Ana səhifə
18 İyun 2018

“Xəzər Lənkəran”ın sabiq məşqçisi həbs oluna bilər

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər. 
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb həyat yoldaşı Evin Elçinin mütəxəssisdən şikayət etməsi olub.
 

Həyat yoldaşı Mustafa Dənizlinin pul qarşılığında İstanbuldakı evlərini girov qoyduğunu və onun imzasını saxtalaşdırdığını iddia edib. 69 yaşlı məşqçinin qızının ailəsi çətin vəziyyətdə olduğu üçün belə bir addım atdığı, ona bu işdə bank əməkdaşının yardım etdiyi ərizədə öz əksini tapıb.
 

Artıq İstanbul Ədliyyə Cəza Məhkəməsi iddianaməni qəbul edib. Bu ittihamla Mustafa Dənizlini 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.
 

Qeyd edək ki, Mustafa Dənizli 2013-14 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran” klubunu çalışdırıb.

Tarix
1 Mart 2018 [10:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin