Moldova ilə hərbi əməkdaşlığa dair saziş təsdiqləndi

10:38 - 1 Mart 2018 - SİYASƏT

Prezident İlham Əliyev Azərbaycan Respublikası hökuməti və Moldova Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, Azərbaycan və Moldova arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiq edilib.
 

Müdafiə Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xəbər xətti