Quraqlıq bütün ölkəyə yayılır

23:50 - 1 Mart 2018 - DÜNYA

İran Milli Quraqlıq Meteorologiya Böhran Rəhbərliyi Mərkəzinin son açıqlamasına görə quraqlıq bütün İrana yayılıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xuzistan, İlam, Kohgiluyə, Fars, Buyer Əhməd, Sistan-Bəlucistan, Cənubi və Şimali Xorasan, Rəzəvi, İsfahan, Zəncan kimi bölgələrdə quraqlığın həddən artıq ölçülərdə olduğu bildirilib.
 

Mərkəzin rəhbəri Şahrux Fatihin sözlərinə görə vəziyyətdən çıxış yolu ancaq su israfını azaltmaqdır. 
 

Xatırladaq ki, quraqlıq səbəbi ilə tarixi Urmiya gölü quruyub.

Xəbər xətti