Ana səhifə
23 May 2018

«Kinonu ayağa qaldırmaq lazımdır»

Müşfiq Şahverdiyev: “Aktyorlar toydan uzaq olsunlar”

 

 

Elməddin Cəfərov: “Aparıcıların istedadını bildiyimiz üçün seriala dəvət etdik”

 

Son günlər komediya üslubunda seriallar və filmlər çəkilməyə başlanıb. “Qız atası” serialı,“Xoxan”, “My name is İntiqam” kimi filmlər tamaşaçılara təqdim edilib. “Qız atası”nın baş prodüseri, aktyor Elməddin Cəfərov “Üç nöqtə”yə serialdan danışdı: “Serialda aktyorlarla birlikdə aparıcılar iştirak edir. Aparıcılar rollarının öhdəsindən çox gözəl gəldilər. Bu qədər  gözləmirdim. Tamaşaçılar çox bəyənib. Təbii ki, bəyənməyənlər də ola bilər. Aparıcıların istedadını bildiyimiz üçün seriala dəvət etdik. Amma bunu tamaşaçı bilmirdi. Onları yoxladıq və gördük ki, rollarının öhdəsindən gələ bilərlər. Niyə də yoxlamıyaq, cəhd etməyək? Yoxladıq və alındı”.  

                         Elməddin Cəfərov

 

Elməddin Cəfərov dedi ki, komediya üslubunda çəkdikləri filmlərin uğurunu işdə axtarmırlar: “Uğur kollektivdəki mehribanlıqda, hallalıqda və səmimiyyətdə olur. Bu bizə və işimizə də uğur gətirir. «Bunu belə edəcəyik uğur olacaq» deyərək yanaşmırıq. Biz sevgi, hörmət və mehribançılıqla işimizə başlayırıq. Bu isə bizə uğur gətirir. “Qız atası”nı da “Bacanaqlar” serialı qədər çəkməyi düşünürük. Təbii ki, serial hələ təzə başlayıb. Sizə nə qədər doğmadırsa, bizə də o qədər doğmadır. Bizə daha doğmadır. Allah şahiddir ki, işin keyfiyyətli və yaxşı olmasını çox istəyirik. Bəzən bir işi tənqid edirlər. Başa düşmürlər ki, «ay qadanalım» bu mənim övladımdı. Bunun yaxşı olmasını sizdən çox mən istəyirəm. Çox tərifləmək də istəmirəm. İnşallah yaxşı olacaq».

Aktyor Müşfiq Şahverdiyev isə qeyd etdi ki, noyabrın 28-də Nizami Kino Mərkəzində “My name is İntiqam” filminin qala gecəsi keçirildi: “Şükür Allaha, tamaşaçılar yaxşı qarşıladılar. Azərbaycanda Türkiyə filmlərinin qala gecəsi keçirilib, amma Azərbaycan filmlərinin qala gecəsi olmamışdı. Bu ilkə biz imza atdıq. Yaxşı da keçdi. Heç də türklərin qala gecəsindən geri qalmadı. Çoxlu tamaşaçı vardı. Qala gecəsi üçün nə lazımdırsa təşkil etmişdik və gözlədiyimizdən də artıq tamaşaçı gəlmişdi. Film də yaxşı qarşılandı. Qala gecəsindən sonra film haqqında yaxşı məlumatlar verirlər. Camaat gəlir, baxanların sayı çoxdur. Bu, mənim və Azərbaycan  filmini sevənlər üçün sevindirici xəbərdi. Azərbaycan filmi bu gün yüksəlirsə, biz buna sevinməliyik. Mən filmimiz haqqında əslində, tənqid də gözləyirdim. Amma hələ belə bir şey eşitməmişəm. Ola bilər ki, filmi tamaşaçıların yaxşı qəbul etdiklərinə və axınına görə bəlkə də bəzi insanlar özlərini pis eləmək istəmirlər. Çünki görürlər ki, kütlə filmi qəbul elədi. Çox narahat idim ki, baxan insanlar filmimizi necə qəbul edəcəklər. Yəqin ki, bəyənməsəydilər və axın az olsaydı bəlkə də tənqid edəcəkdilər. Amma bu gün maşallah, tənqidi fikirlər eşitməmişəm. Bəlkə də bundan sonra olacaq. Hələ ki, sakitlikdi”.

Aktyor bildirdi ki, filmin uğuru kollektivin yaxşı olmasından asıldır: “Eləcə də normal büdcə olmaldır. İş işi bilən adama tapşırılmalıdır. «Bir kameranı çiyinə atıb gedək bir film çəkək» düşüncəsi ilə film olmaz. Bu işdə məqsəd olmalıdır. Mən bu işə pul qazanmaq məqsədilə başlamamışam. Çünki bilirəm ki, bu gün Azərbaycan kinosundan pul qazanmaq tam real deyil. Bəlkə də bu biznesi bir az keçdikdən, ayağa qaldırdıqdan sonra nəsə qazanmaq olar, amma bu gün real deyil. Ölkəmizə görə filmin normal büdcəsi var. Düzdür, rusların, türklərin çəkdiyi qədər büdcə deyil. Amma özümüzə görə normaldır. Nəhayət ki,yaxın qardaşların köməyi ilə o büdcəni təşkil elədik və normal kollektiv yığdıq. Normal ssenari yazıldı. Rejissorumuz Emil Abdullayev Türkiyədə təhsil alıb. O gözlədiyimizin 5 qatını bizə verdi».

Qarşıdakı planlarından söz açan Müşfiq Şahverdiyev dedi ki, məqsəd Azərbaycanda film biznesi yaratmaqdır: “Türklər və başqa millətlər film sahəsində  loru sözlə desək, «at oynadırlar». Biz niyə öz filmlərimizə baxmayaq? Mən komedik filmlər tərəfdən deyirəm ki, Müşfiqin və komandamın məqsədi odur ki, belə filmlərin inkişafını ayağa qaldıraq. Təbii ki, bu, təkcə bizimlə olmayacaq. Digər dostlarımız da bizlərlə bərabər olmalıdırlar. Onlar da filmlər çəkməlidirlər. İlkin Həsənli, Fərda Amin, Elməddin Cəfərov çəkirlər. Onların da işləri uğurlu olsun. Təki Azərbaycanda filmlərimiz inkişaf eləsin. Mənim bir arzum da odur ki, aktyorlar toydan uzaq olsunlar. Özümə də aktyorluğa aid işlərlərlə məşğul olmağı arzulayıram».

 

 

Rəqsanə

Tarix
1 Dekabr 2014 [18:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin