Ana səhifə
18 Noyabr 2018

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə favorit kimi başlayacaq

 Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xallarının 2814-dən 2809-a enməsinə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruyub.

Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır.

Bu isə o deməkdir ki, Ş.Məmmədyarov martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Çünki bu turnirin qalibi dünya çempionluğu uğrunda görüşdə məhz Karlsenlə üz-üzə gələcək. 

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci pillədə qalıb. Bir pillə irəliləyən Rauf Məmmədov 2709 xalla 39-cudur. Dörd sıra geriləyən Arkadi Naydiç isə 2701 xalla 45-cidir.

Tarix
1 Mart 2018 [18:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin