Los-Anceles polisi ermənini güllələyib

09:47 - 1 Mart 2018 - DÜNYA

Los-Ancelesdə erməni əsilli vətəndaş öldürülüb.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Los Anceles şəhərinin polis rəisi Çali Beka məlumat verib
 
Onun sözlərinə görə, Panorama-Siti şəhərinin sakini, 22 yaşlı Orbel Nazaryan hüquq-mühafizə orqanlarına zəng edərək silah və bıçağı olduğunu deyib.
 
Hadisə yerinə gələn polis əməkdaşları əlində soyuq silah olan O. Nazaryandan təslim olmasını tələb etsə də, o, buna məhəl qoymayıb, polislərin həyatına təhlükə yaradıb.
 
Polis əməkdaşları ona atəş açmaq məcburiyyətində qalıb. O. Nazaryan aldığı güllə yarasından ölüb.
 
Polis rəisi insidentin əvvəldən axıradək lentə alındığını bildirib. Ç. Beka onu da bildirib ki, öldürülən şəxsi polislər əvvəldən də yaxşı tanıyıblar. O. Nazaryan bundan əvvəl bir neçə dəfə özünə qəsd xarakterli hərəkətlər törədib.
 
Faktla bağlı istintaq aparılır.

Xəbər xətti