Ana səhifə
24 Sentyabr 2018

"İslam Dövləti" Türkiyə üçün təhlükədir - Mövlud Çavuşoğlu

"İslam Dövləti" terror təşkilatı Türkiyə üçün təhlükə törədir. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə deyib.

Onun sözlərinə görə, Türkiyə Suriya və İraqdan gələn terror təhlükəsi barədə dünya ictimaiyyətini həmişə xəbərdar edib.

M.Çavuşoğlu qeyd edib ki, Bəşşar Əsəd hökuməti Suriyanın bütün problemlərinin səbəbkarıdır: "Əsəd rejimi Suriyada radikal və terror qruplaşmalarının yaradılmasına təkan verib və heç kəs bilmir ki, gələcəkdə regionda daha hansı terror qruplaşmaları yarana bilər".

Nazir əlavə edib ki, "İslam Dövləti" ilə mübarizə üçün "Azad Suriya Ordusu"na dəstək vermək lazımdır: "Ankara Suriya üzərində uçuşsuz zonanın yaradılmasında təkid edir".

Tarix
9 Oktyabr 2014 [15:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin