Mart ayında 23 dərəcə isti olacaq - AYLIQ HAVA

Mart ayında havanın orta aylıq temperaturunun  iqlim normasına yaxın, bəzi günlərdə isə bir qədər çox olacağı gözlənilir.

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə istinadən bildirir ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var.
 
 
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 4-7, ayın ikinci yarısının bəzi günlərində 18-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.  Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm) olacağı gözlənilir.
 
 
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5, ayın ikinci yarısının bəzi günlərində 20-23 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.
 
 
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 16-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm) olacağı gözlənilir.
 
 
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 17-19  dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm) olacağı gözlənilir.
 
 
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 15-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm) olacağı gözlənilir.
 
 
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 4-9 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 8-13, bəzi günlərdə 16-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm) olacağı gözlənilir.
 
 
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, dağlarda bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına  yaxındır.
 
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir.

Tarix
28 Fevral 2018 [13:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin