Rusiya: “ABŞ-la konstruktiv dialoqa hazırıq”

00:10 - 1 Mart 2018 - DÜNYA

Moskva uzun illərdir ki, Vaşinqtonla münasibətlərin normallaşacağına inanmır.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu fikirləri jurnalistlərin suallarını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, rəsmi Moskva ABŞ-la konstruktiv dialoqa hazırdır.
 

“ABŞ-da deyirlər ki, Rusiya ilə münasibətlərin yaxşılaşacağına inanmırlar. Bizim də ABŞ-la münasibətlərin normallaşacağına uzun illərdir ki, inamımız yoxdur. Amma bununla yanaşı, konstruktiv dialoqa hazırıq, vəziyyəti stabilləşdirmək, çıxış yolu tapmaq istəyirik”,- deyə nazir bildirib.

Xəbər xətti