Ana səhifə
21 Sentyabr 2018

3 milyon yarım pul "atan" şəxsə 12 İL HƏBS

3,4 milyon dollarlıq dələduzluqla təqsirləndirilən Çingiz Abdullayevin məhkəməsi davam edib.
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Çingiz Abdullayev 12 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Ç.Abdullayevə 5 maddə üzrə ittiham irəli sürülüb. Ona oğlu Loğman Abdullayevin cinayət işi ilə əlaqədar olaraq işi açılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Çingiz Abdullayev Cinayət Məcəlləsinin (CM) 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 170. 3-cü (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinir.
 
Bildirək ki, Ç.Abdullayev səhhəti ilə bağlı ölkə xaricində olduğu üçün onun barəsində axtarış elan edilmişdi.
 
Bu cinayət işində Loğman Abdullayevin qaynı Gəray Abdullayev də həbs edilib.
 
Hadisə 2015-ci ildə baş verib. Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində Loğman Abdullayev, Nurlan Bayramov, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev, Tural Babazadə və Tural Qasımov saxlanılıb.
 
Onlar zərərçəkənlərə özlərini MTN-in vəzifəli şəxsi kimi təqdim ediblər. Təqsirləndirilən şəxslər zərərçəkəni saxlayaraq qanunsuz həbs ediblər. Ondan pulu alıblar.
 
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə L.Abdullayev və N.Bayramovun hər biri 18 il, P.Rzayev və E.Qasımovun hər biri isə 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Tarix
28 Fevral 2018 [12:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin