Deputat yenidən sədr seçildi

12:02 - 28 Fevral 2018 - SİYASƏT

Milli Məclisin deputatı Novruz Aslanov  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qurultayında qurumun yenidən prezidenti seçilib.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə həmçinin iki vitse-prezident də  təyin edilib. Bunlar   Əsgərzadə  Qafar Ələsgəroğlu və Əliyev Rövşən Əlipaşaoğludur.
 
Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. 
 
Cəmiyyət dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. Mövqeyinə görə Hərəkatın üç tərkib hissəsindən biridir. (Hərəkatın tərkib hissələri: Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası).

Xəbər xətti