Ana səhifə
21 İyun 2018

ABŞ Türkiyəni sanksiyalarla hədələyir

ABŞ Türkiyəni Rusiyadan S-400 zenit-raket kompleksləri almaqdan imtina etməyə çağırır.

"Ucnoqta.az" Modern.az-aa istinadən xəbər verir ki, əks təqdirdə Vaşinqton Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər
 
“Habertürk” Vaşinqtondan olan mənbələrə istinadən xəbər verir ki, ABŞ yaranmış vəziyyətdən çox narahatdır: “Belə ki, S-400 komplekslərinin alınması, “NATO ilə operativ uyğunluğa mənfi təsir göstərə bilər”.
 
Türkiyə hökuməti ordunun adı çəkilən Rusiya istehsalı olan zenit-raket kompleksləri ilə təchizatını dayandırmasa, Ankaraya qarşı məhdudlaşdırıcı ölçülərin qəbul olunacağı istisna edilmir.
 
Mənbənin sözlərinə görə, ABŞ Türkiyənin hava müdafiəsinin təmin olunması üçün Ankaraya alternativ variant tapmağa kömək etmək niyyətindədir.
 
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya qarşı təhdidlərin yolverilməz olduğunu bildirmişdi. Türkiyəli ali diplomatın sözlərinə görə, Ankara daha əvvəl NATO müttəfiqlərindən HHM sistemi almaq istəsə də, “onlar hər dəfə bir problem çıxarıb”. Bununla əlaqədar Türkiyə 2017-ci ilin dekabr ayında digər ölkələrlə danışıqlara başlayıb və Rusiyadan zenit-raket komplekslərinin alınması haqqında müqavilə imzalayıb.
 
Qeyd edək ki, S-400 kompleksləri 400 km qədər əhatədə və 30 km yüksəklikdə uçan aviasiyanın, qanadlı və ballistik raketlərin zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

Tarix
28 Fevral 2018 [23:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin