Azərbaycanın “Eurovision” mahnı və klipinin yayım tarixi məlum olub

20:37 - 28 Fevral 2018 - Mədəniyyət

Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək.

Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.

Xəbər xətti