Ana səhifə
20 Noyabr 2018

ABŞ Konqresinin daha bir üzvündən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

ABŞ Konqresində Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

"Ucnoqta.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, konqres üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərin, o cümlədən qadın, uşaq və qocalar daxil olmaqla 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq, bu insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.

V.Foks həmçinin Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək, onun beynəlxalq terrorizmə qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu, eləcə də regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək yolu”nun bərpasında səylər göstərdiyini vurğulayıb.

Sonda Konqres üzvü Xocalı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Tarix
28 Fevral 2018 [10:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin