Neymarın oynaya bilməyəcəyi müddət dəqiqləşib

Fransanın PSJ klubunun futbolçusu Neymar zədə üzündən 6 – 8 həftə müddətində meydana çıxa bilməyəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə “L'Equipe” nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib.

Beləliklə, forvard martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq. Paris təmsilçisi səfərdə keçirdiyi ilə görüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.

Tarix
28 Fevral 2018 [19:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin