Ayda mobil rabitə şəbəkəsi yaradılacaq

19:24 - 28 Fevral 2018 - DÜNYA

Dünyanın ən iri telekommunikasiya nəhənglərindən olan “Vodafone” şirkəti 2019-cu ildə Ayda 4G mobil rabitə şəbəkəsi yaratmaq niyyətindədir.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunun üçün lazım olan infrastruktur Ayın üzərinə “Falcon 9” raketi vasitəsi ilə çatdırılacaq.
 

“Vodafone” tərəfindən təqdim olunan siqnalın köməyi ilə Aydan yüksək keyfiyyətli videogörüntülərin Yer kürəsinə ötürüləcəyi ehtimal olunur.

Xəbər xətti