ATV-də yüksək vəzifəyə Təyinat FOTO

15:10 - 27 Fevral 2018 - MEDİA

“Azad Azərbaycan”(ATV)Televiziyasında növbəti təyinat baş tutub.

 

Ucnoqta.az” Bizim Yol-a istinadən xəbər verir ki “ARB” TV-nin strateji inkişaf marketinq və media direktoru İsmayıl Həsənov “Azad Azərbaycan” televiziyasının reklam direktoru təyin edilib. İsmayıl Həsənov eyni zamanda “ARB” TV-də “MediaRadar” verilişinin aparıcısı olub.

 

Baş tutan təyinatla bağlı Bizim Yol “Azad Azərbaycan” Televiziyasının prezidenti Azər Xəlilovla əlaqə saxlayıb.O saytımıza açılamasında bu barədə İsmayıl Həsənovun özündən açıqlama almağımızı məsləhət görüb. İsmayıl Həsənov isə telefonlarımıza cavab vermədi.

 


Xəbər xətti