Səudiyyə Ərəbistanında ilk qadın nazir təyin olundu

15:10 - 27 Fevral 2018 - DÜNYA

Son günlərdə yenilikləri ilə gündəmdə olan Səudiyyə Ərəbistanı ölkədə yeni bir ilkə imza atıb.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, qadınlara əsgərliyə getməyə icazə verən qanundan sonra ilk qadın nazir vəzifəyə təyin edilib.
Səudiyyə Ərəbistanında ötən gün baş qərargah rəisi,hərbi hava qüvvələri komandanı və bir neçə nazir müavini vəzifəsindən çıxarılıb. Əmək Nazirliyində rəhbərliyə isə ilk qadın nazir gətirilib.Beləliklə, Tamader əl-Rəmmah adlı xanım Səudiyyə Ərəbistanın ilk nazir qadını olub.

Əmək və Sosial İnkişaf Nazirliyinə bir qadının təyin olunması,qadınların iş həyatına uğurları istiqamətində atılmış bir addım kimi qiymətləndirilir.

Xəbər xətti