Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib

01:24 - 28 Fevral 2018 - İDMAN

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun proqramı müəyyənləşib. 

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, tura Gəncədə start veriləcək və Zirədə yekun vurulacaq. "Sumqayıt" və "Qarabağ" komandaları arasında "Kapital Bank Arena"da keçiriləcək mərkəzi görüş martın 3-də saat 18:30-da başlanacaq. Bu oyundan heç də az əhəmiyyət kəsb etməyən "Qəbələ" - "Neftçi" qarşılaşması isə ertəsi gün saat 15:30-a təyin olunub. 

Azərbaycan Premyer Liqası, XVIII tur

3 mart

15:00. "Kəpəz" - "Səbail" 

Gəncə şəhər stadionu

18:30. "Sumqayıt" - "Qarabağ"

Sumqayıt, "Kapital Bank Arena"

4 mart


15:30. "Qəbələ" - "Neftçi"

Qəbələ şəhər stadionu

18:00. "Zirə" - "Keşlə"

Zirə İdman Kompleksinin stadionu

Xəbər xətti