İngiltərədən sərt açıqlama: “Suriyanı vura bilərik”

14:04 - 27 Fevral 2018 - DÜNYA

İngiltərənin XİN rəhbəri Boris Conson Suriya məsələsi ilə bağlı yeni açıqlama verib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Conson açıqlamada Suriyanı vurmaqla hədələyib.
 

“Əgər Suriya rejiminin kimyəvi silahlardan istifadə etdiyi sübuta yetirilsə, Əsəd rejiminə qarşı hava hərəkatlarını dəstəkləyəcəyik”, -deyə bəyanatda deyilir.
Qeyd edək ki, Fransa hökuməti də Əsədin kimyəvi silahlardan istifadə etdiyinin sübuta yetiriləcəyi təqdirdə Suriyanı vuracaqlarını bildirib.

Xəbər xətti