“Xocalıda ermənilər və ruslar soyqırım törədiblər” MHP lideri

13:28 - 27 Fevral 2018 - SİYASƏT

“Milliyətçi Hərəkat” partiyasının Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının iclası keçirilib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, iclasda çıxış edən partiya lideri Dövlət Baxçalı Xocalı faciəsindən danışıb.

“1992-ci ilin 25 fevralından 26-ına keçən gecə Rusiya ordusunun 366-cı alayı ilə erməni silahlı dəstələri Xocalı şəhərinə vəhşicəsinə hücum ediblər. Əgər BMT- nin soyqırım cinayətlərinin qarşısının alınmasına dair Konvensiyasının 2-ci maddəsi ədalətli şəkildə şərh edilərsə, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi mütləq təsdiqini tapar”, -deyə Baxçalı bildirib.

Xəbər xətti