ABŞ ordusunda bir ilk — Transgender xidmətə başladı

01:00 - 28 Fevral 2018 - DÜNYA

ABŞ ordusu ilk dəfə olaraq transgenderlə müqavilə imzalayıb.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən  xəbər verir ki, bu məlumatı Pentaqon nümayəndəsi Devid İstbern verib.
 

Ötən ilin sonunda ABŞ müdafiə naziri bəyanat verdi ki, transgenderlər orduya cəlb ediləcək. İstbern qeyd edib ki, orduya cəlb edilən ilk transgender hələ baza hazırlığına cəlb edilməyib.
 

2017-ci ilin iyul ayında ABŞ prezidenti Donald Tramp transgenderlərə orduda xidmət etməyi qadağan etdiyini elan etmişdi. Baltimor, Vaşinqton, Sietl və Riversad ştatlarının federal hakimləri Trampın qadağasını ləğv etdilər.
 

Pentaqon isə, transgenderlərin necə xidmət edəcəyini əks etdirən xüsusi sirkulyar hazırlayıb. Buna əsasən, transgenderlərin hansı alt paltarından istifadə etmələri olduqları da göstərilib.

Xəbər xətti