Elmar Məmmədyarov Cenevrədə səfərdədir

11:33 - 27 Fevral 2018 - SİYASƏT

Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrədə işgüzar səfərdədir.
 

"Ucnoqta.az" Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, səfər çərçivəsində E.Məmmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək.
 

Nazirin BMT Baş katibinin müavini, eyni zamanda, BMT-nin Cenevrə bölməsinin Baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Xəbər xətti