"Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib"

"Son illərdə dünyada 64 milyon insan öz yurd-yuvasını məcburi tərk edib".

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, dünyada gün ərzində 34 min insan öz yurd-yuvasından qaçqın düşür. 

Furio de Angelis vurğulayıb ki, insanların yurd-yuvasını tərk etməsinə əsas səbəb müharibə və münaqişələrdir: "Elə yerlər var ki, 30 ildən çoxdur orada münaqişə davam edir. BMT bu məsələdə həssasdır və səmərəli sığınacaq məsələsinə önəm verir. BMT-nin Qaçqınlar üzrə Komissarlığı bununla bağlı layihələr həyata keçirir".

Onun sözlərinə görə, hakimlər bu məsələyə həssaslıqla yanaşmalıdırlar. 

Tarix
28 Fevral 2018 [00:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin