Məhkəmədən Hakan Şükürlə bağlı qərar

20:22 - 27 Fevral 2018 - DÜNYA

Sabiq türkiyəli futbolçu və millət vəkili Hakan Şükürü sosial mediada təhqir etdiyi iddiası ilə cəzalandırılan Yusuf Varol qərara etirazını bildirib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ankara Məhkəməsi etirazı dəyərləndirib və qərarı ləğv edib.
 

Y.Varol haqqında yeni hökm çıxarılıb. Yeni qərara əsasən ona pul cəzası verilib.
 

Xatırladaq ki, H.Şükür 15 iyul çevrilişə cəhd hadisələrindən sonra ABŞ-a qaçaraq orada yaşamağa başlayıb.
 

Y.Varol bu hadisələrdən sonra ona sosial mediada “şərəfsiz” dediyi üçün məhkəməyə verilmişdi. Məhkəmədə isə onun haqqında 3 ayda 2 ilə qədər həbs tələb edilirdi.

Xəbər xətti