Ana səhifə
13 Noyabr 2018

Binəli Yıldırımla Mövlud Çavuşoğlu Bakıya gələcək

Türkiyənin baş naziri Binəli Yıldırım və xarici işlər naziri Mövlud Çavuşoğlunun gələn ayın ortalarında Azərbaycana səfəri planlaşdırılır.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, B.Yıldırım və M.Çavuşoğlunun martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəyi gözlənilir.

Türkiyəli qonaqların Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-17-də keçiriləcək VI Qlobal Bakı Forumunda Albaniya prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və digər dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.

Tarix
26 Fevral 2018 [16:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin