TürkPA Azərbaycanda prezident seçkilərini müşahidə edəcək

16:00 - 26 Fevral 2018 - SİYASƏT

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TürkPA-dan bildiriblər.
 

Təşkilatdan qeyd ediblər ki, Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dörd üzv ölkədən müşahidəçilər gələcək.
 

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Xəbər xətti