AFFA rəsmisi UEFA-nın Konqresində iştirak edir

14:53 - 26 Fevral 2018 - İDMAN

Bu gün Slovakiyanın paytaxtı Bratislavada UEFA-nın 42-ci Konqresi start götürüb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanı baş katibinin müavini Sərxan Hacıyev təmsil edir.

Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına nümayəndə seçiləcək.

Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi təsdiqləyəcək.

Cersi Futbol Federasiyasının isə UEFA-ya 56-cı üzv kimi qəbul olunmasına dair səsvermə keçiriləcək.

Xəbər xətti