İrlandiya – Azərbaycan matçının vaxtı dəqiqləşib

14:19 - 26 Fevral 2018 - İDMAN

Azərbaycan millisinin 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi daha bir oyunun vaxtı müəyyənləşib.

"Ucnoqta.az" Apasport.az-a istinadən bildirir ki, Rəşad Sadıqovun yetirmələrinin İrlandiya ilə səfər matçının start fitinin veriləcəyi an dəqiqləşib.
 
Martın 27-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Oyun Dublinin “Talla” stadionunda keçiriləcək.
 
Qeyd edək ki, yığmamız növbəti oyununa martın 22-də çıxacaq. Mitrovitsanın Adem Yaşari Olimpiya Stadionundakı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti