Türkiyədə 6 yeni futbol stadionu tikiləcək

23:25 - 26 Fevral 2018 - İDMAN

Türkiyənin 6 şəhərində yeni futbol stadionları inşa ediləcək.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildrir ki, yeni stadionlar Ankara, Elazığ, Erzincan, Hakkari, Şırnak və Ədirnə şəhərlərində tikiləcək.

 

Qeyd olunur ki, yeni stadionların tikintisinə ümumilikdə 820 milyon lirə sərf olunacaq.
 

Nazirliyin məlumatına əsasən, bundan əvvəl Türkiyənin Afyonkarahisar, Antalya, Əskişəhər, Qaziantep, Kocaeli, Malatya, Mersin, Sakarya, Samsun, Sivas, Trabzon, Bursa, Konya və Manisa şəhərlərində ümumilikdə 14 stadionun inşasına start verilib.

Xəbər xətti