Ana səhifə
25 Sentyabr 2018

Sabiq bələdiyyə sədrinə 7 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və sabiq bələdiyyə sədri məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Abşeron rayonunun Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri V.Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, bir neçə vətəndaşa yüz min manat miqdarında maddi ziyan vurmaqda, onların pullarını mənimsəməklə ələ keçirməkdə ittiham olunub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.

V.Nəbiyevin məhkəməsi davam etdirilən zaman onun barəsində eyni əmələ görə, daha bir cinayət işi başlanılıb. Həmin işə Bakı Ağır Cinayətlər Məhkəməsinin digər hakimi Əlövsət Abbasovun sədrliyi ilə baxılır.

Tarix
26 Fevral 2018 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin