Romada anomal sayılan güclü qar yağıb

11:33 - 26 Fevral 2018 - DÜNYA

Romada ilin bu fəslinə görə anomal sayılan güclü qar yağıb.

Bu gün İtaliya paytaxtında bütün məktəblər bağlanıb.

"Fevralın 26-də Roma ərazisində bütün məktəblər və məktəbəqədər müəssisələrin bağlanmasını nəzərdə tutan qərar imzalanıb", - şəhər merinin bəyanatında deyilir.

Qeyd edək ki, soyuq hava kütləsi Sibirdən İtaliyanın şımalından cənubuna doğru hərəkət edir.

Romada havanın temperaturu 5 dərəcə şaxtayadək enib. 







 

//Report//

Xəbər xətti