“Ermənistanın hazırkı faşist rəhbərliyinin vəhşiliklərini qınayan dövlətlərin sayı artır” — Prezidentin köməkçisi

11:28 - 26 Fevral 2018 - SİYASƏT

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Xocalı soyqırımın dünya dövlətləri tərəfindən tanınmasına münasibət bildirib.

"Ucnoqta.az “Ölkə.Az”a istinadən bildirir ki, Novruz Məmmədov Ermənistanın işğalçılıq siyasətinin artıq dünyada tanındığını söyləyib:
 

“1992-ci ildə Ermənistanın hazırkı faşist rəhbərliyinin də iştirakı ilə Xocalıda törədilən soyqırım və vəhşilikləri qınayan dövlətlərin sayı ildən-ilə artır. Ancaq onlar unutmamalıdırlar ki, gec-tez haqq-ədalət zəfər çalacaq”. 

Xəbər xətti