Türkiyə Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı

10:57 - 26 Fevral 2018 - SİYASƏT

Bu gün Xocalı faciəsindən 26 il ötür.


"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, faciə ilə bağlı qardaş Türkiyə də səssiz qalmayıb. Tükiyənin XİN-i bu günlə bağlı rəsmi internet səhifəsində bəyanat yayıb.
 

Bəyanatda deyilir:

“Ermənistanın 26 fevral 1992-ci il tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində təşkil etdiyi silahlı hücum nəticəsində qadın və uşaqlar daxil olmaqla yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb.İtkin düşənlərin aqibəti isə bu günə qədər bəlli deyil. Mülki əhaliyə qarşı yönəldilən insanlıqdan kənar hücum dünya birliyinin yaddaşlarına yazılmış və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının beş də biri işğal altındadır. Bir milyondan çox insan azərbaycanlı öz ölkəsində qaçqın kimi yaşamaqdadır.
 

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın bundan 26 il öncə Xocalıda vəhşicəsinə məruz qaldıqları hücum və qətliamı hər zaman qəlbimizin ən dərin yerlrində hiss edir, bu ağrını paylaşırıq. Bu qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq. 
 

Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycanlı qardaşlarımıza bir daha ən səmimi başsağlığımızı veririk”.

Xəbər xətti