Ana səhifə
23 Sentyabr 2018

Taleh Bağırovun 15 il cəza alan müavini bəraət istəyir — Məhkəmə

2015-ci il noyabrın 5-də və 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilmiş “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov və təşkilatın daha 11 üzvü məhkəmə hökmündən apellyasiya şikayəti veriblər.


"Ucnoqta.az" Bakı Apellyasiya Məhkəməsindən “Ölkə.Az”a verilən məlumata istinadən bildirir ki, Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin apellyasiya şikayəti araşdırılması üçün Elşad Şamayevin icraatına verilib. 
 

Məhkəmənin ilkin baxış iclası fevralın 28-nə təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə başçısı Elçin Qasımov 15 il, Ağa-Əli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 6 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər verdikləri apellyasiya şikayətlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyir.

Tarix
26 Fevral 2018 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin