İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidentini qəbul edib — YENİLƏNİB

21:16 - 25 Fevral 2018 - SİYASƏT

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapiro Azərbaycanda yəhudi icmasının nümayəndələri üçün çox yaxşı şəraitin yaradıldığını qeyd edərək, bunun digər ölkələrə də nümunə olduğunu vurğulayıb.

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüşlərin ənənəvi xarakter daşıdığını bildirən Prezident İlham Əliyev bu görüşlərin səmərəli olduğunu qeyd edib. Dövlətimizin başçısı ölkəmizdə digər xalqların və icmaların nümayəndələri kimi yəhudi icmasının nümayəndələrinin də azad və firavanlıq şəraitində yaşaması üçün hər cür şəraitin təmin edildiyini bildirib.

Prezident İlham Əliyev qeyd etdi ki, yəhudi icmasının nümayəndələri Azərbaycan cəmiyyətinin fəal üzvləridirlər, öz ənənələrinə sadiqdirlər və ölkəmizin inkişafı, eləcə də Azərbaycan həqiqətlərinin dünyada yayılması işinə öz töhfələrini verirlər. Dövlətimizin başçısı bu gün Azərbaycanda multikulturalizmin və tolerantlığın hökm sürdüyünü və bu mühitin ölkəmizdə yaşayış norması olduğunu vurğulayıb. 

Söhbət zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail əlaqələrinin inkişafından razılıq ifadə olunub.

***

Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə prezidentin rəsmi saytı məlumat verib

 

Xəbər xətti