Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

21:28 - 24 Fevral 2018 - SİYASƏT

Fevralın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
 

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün 51 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə MSK-dan bildirilib.

 

Onlardan 36-sı öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyata alınıb.

Xəbər xətti