Ana səhifə
25 İyun 2018

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək.

 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, həftənin oyunları iki günü əhatə edəcək və hamısı Bakıda keçiriləcək.

 

Açılış matçı debütant “Səbail” ilə ötən çempionatın gümüş mükafatçısı “Qəbələ” arasında olacaq. Bu kollektivlər cari mövsümdə 5-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki qarşılaşmalardan 2-si Premyer Liqa, 2-si isə Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində olub. Bütün görüşlərdə rəqibini üstələyən qonaqlar hazırda 35 xalla 2-ci, meydan sahibləri isə 14 xalla 6-cı pillədə qərarlaşıb.

 

Günün digər oyunu “Neftçi” və “Zirə” komandaları arasında olacaq. “Qartallar”ın 31 xalla 3-cü, “ağ-qaralar”ın isə 19 xalla 5-ci sırada olmaları öz yerində, “Zirə” “Neftçi” üçün ən arzuolunmaz rəqibdir. Ölkənin ən qocaman komandası heç vaxt ölkə çempionatlarında bu rəqibi məğlub edə bilməyib. Zirəlilər əvvəlki 10 oyundan 8-də qalib gəlib.

 

“Neftçi” üçün yeganə müsbət məqam cari mövsümdə Azərbaycan Kubokunun 1/4 finalında “Zirə”ni mübarizədən kənarlaşdırmasıdır (0:1, 2:0). Ancaq bakılılar avrokuboka düşmək üçün çempionat varinatını da gözardı etməməlidirlər.

 

Fevralın 25-də baş tutacaq ilk görüşdə lider “Qarabağ”la autsayder “Kəpəz” üz-üzə gələcəklər. Hazırda 41 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu 7 xalla sonuncu – 8-ci yerdə olan Gəncə təmsilçisi ilə dueldə aşkar favoritdir. Bu kollektivlərin əvvəlki 47 qarşılaşmadan 24-də “Qarabağ”, 14-də isə “Kəpəz” 3 xal əldə edib. Lakin gəncəlilər 22 oyundur qələbə qazanmır. Son 5 oyunda ağdamlılar qalib gəlib.

 

Turun son matçında “Keşlə” “Sumqayıt”ı qəbul edəcək. Bu görüş turnir cədvəlində irəliləmək üçün meydan sahibləri üçün əla fürsətdir. Hazırda 12 xalla 7-ci pillədə qərarlaşan “Keşlə” “Qəbələ”ni qəbul edəcək “Səbail”dən 2 xal geri qalır. “Sumqayıt” isə 24 xalla 4-cü yerdədir.

 

Bu komandalar arasında çempionat qarşılaşmalarının statistikası “Keşlə”nin lehinədir. Əvvəlki 22 oyundan 12-də qələbə qazanan meydan sahibləri, 3 dueldən məğlub ayrılıblar. “Keşlə” son 11 görüşü qolsuz tərk etməyib. Son 5 matçda meydan sahibləri uduzmayıb.

 

Azərbaycan Premyer Liqası

 

XVII tur

 

24 fevral (şənbə)

 

16:00. “Səbail” – “Qəbələ”

 

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov

 

AFFA nümayəndəsi: Mübariz Hüseynov

 

Hakim-inspektor: Şahin Cəfərov

 

“Bayıl Arena”

 

18:00. “Neftçi” – “Zirə”

 

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə

 

AFFA nümayəndəsi: Ramiz Abdullayev

 

Hakim-inspektor: Murad Məmmədov

 

“Bakcell Arena”

 

25 fevral (bazar)

 

15:00. “Keşlə” – “Sumqayıt”

 

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov

 

AFFA nümayəndəsi: Eldəniz Musayev

 

Hakim-inspektor: Vüsal Əliyev

 

“İnter Arena”

 

18:00. “Qarabağ” – “Kəpəz”

 

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov

 

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

 

Hakim-inspektor: Əhmədağa Cabbarov

 

“Azersun Arena”

Tarix
24 Fevral 2018 [13:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin