Deputat Universitetə torpaq ayrılmasını təklif etdi

16:02 - 23 Fevral 2018 - SİYASƏT

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Dövlət Aqrar Universitetinə xüsusi torpaq sahələrinin ayrılması təklif olunub.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, prezident cənab İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı zəruri addımlar atılır, bu istiqamətdə böyük layihələr icra edilir. Qeyri-neft sektorunun əsas sahələrindən biri də kənd təsərrüfatıdır. Dövlət başçısının son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində Azərbaycanda bu sahədə əsaslı dəyişikliklər baş verib, mühüm uğurlara nail olunub -bunu millət vəkili Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
 
Naqif Həmzəyev bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə aqraq sahə üzrə yüksək ixtisaslı mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Aqrar Universitetin maddi-texniki bazası yüksək səviyyədədir. Regionda müasir standartlara cavab verən ilk tələbə yataqxanası da məhz Aqrar Universitetdə tikilib istifadəyə verilib. Lakin Universitetin ən böyük problemi təcrübə torpaqlarının olmamasıdır. Gəncə şəhərində təyinatı üzrə kənd təsəttüfatı torpaqları yoxdur. Bu da aqrar sahə üzrə mütəxəssislərin lazımi səviyyədə hazırlanmasında müəyyən problemlər yaradır.
 
Millət vəkili qeyd edib ki, bu məsəlinin aidiyyatı orqanlar tərəfindən həll edilməsi aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına böyük təkan vermiş olardı.
 
Spiker Oqtay Əsədov deputatın təklifini dəstəkləyib.

Xəbər xətti