Könül Xasıyeva "Səni axtarıramda" göz yaşlarına boğuldu-VİDEO

15:57 - 23 Fevral 2018 - Mədəniyyət

Xəzər TV-də aparıcı və araşdırmacı Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni Axtarıram” verilişində qonaq kimi iştirak edən xalq artisti Könül Xasıyeva göz yaşlarına boğulub.

 

Buna səbəb Türkan Hüseynova adlı atasını axtaran xanımın atası tapılarkən verilişdə monitorda atası ilə bərabər anasının da verilən şəkilləri təsir edib. Xalq artisti anasını itirən Türkan Hüseynovanın yaxşı ki, xalasının olduğunu ona baxdığını bildirib.

 

 

 

Qeyd edək ki, verilişdə iştirak edən Türkan Hüseynovanın anası 9 ildir ki, dünyasını dəyişib və o 1 yaşında itirdiyi atası Mətləb Nəzərova “Səni axtarıram” verilişi vasitəsi ilə qovuşub.

 

Xəbər xətti